“Medialab” - İnformasiya müharibələri daha təhlükəli həddə çatdı (20.10.2026)
🔗youtu.be/FlgCmpMsOsk?si=zZvn…
#MediavəYayımŞurası #AzTV #MEDİALAB
Azərbaycanın enerji potensialının inkişafına mühüm töhfə verən bütün energetikləri peşə bayramı günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
#MediavəYayımŞurası #EnergetiklərGünü
20 Oktyabr - Zəngilan Şəhəri Günüdür.
#MediavəYayımŞurası #Zəngilan
18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür.🇦🇿
#MediavəYayımŞurası #MüstəqilliyinBərpasıGünü
17 Oktyabr - Füzuli Şəhəri Günüdür.
#MediavəYayımŞurası #Füzuli
media.gov.az retweeted
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!
Azərbaycan Respublikası Media və Yayım Şurasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə açıqlaması
Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır.
Bildiririk ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.
#MediavəYayımŞurası #açıqlama
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim etmişdir. Hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir.
Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilmişdir.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.
#MediavəYayımŞurası #açıqlama
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur. Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir.
Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.
Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.
İran və Türkiyədən, xüsusilə “Telegram”, “X” və “TikTok” platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır.
#MediavəYayımŞurası #açıqlama
Dəmiryolu işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik!
#MediavəYayımŞurası #ADY
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviyə çəkilməsi və süni ictimai gərginlik predmetinə çevrilməsi istiqamətində cəhdlər müşahidə olunur.
Xüsusilə sosial media platformalarında koordinasiyalı şəkildə həyata keçirilən fəaliyyət bu narahatlığı daha da artırır. Ayrı-ayrı hesablar vasitəsilə eyni məzmunlu və ya oxşar xarakterli paylaşımların, o cümlədən neqativ şərh və reaksiyaların kütləvi şəkildə və qısa zaman intervallarında yayılması, insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların edilməsi diqqət çəkir. Məhdud sayda eyniadlı hesabların çoxsaylı paylaşımlara ardıcıl müdaxiləsi və fəaliyyətin konkret vaxt intervallarında intensivləşməsi bu prosesin koordinasiyalı xarakter daşıdığına dair ciddi əsaslar yaradır, trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyasının aparıldığını göstərir.
Bu kimi müdaxilələrin əsas məqsədi real ictimai rəyin təhrif olunması, ayrı-ayrı hesabların süni aktivliyi hesabına kütləvi narazılıq görüntüsünün yaradılması, diqqətin məsələnin mahiyyətindən yayındırılması və mövzunun müəyyən siyasi məqsədlərin alətinə çevrilməsidir.
Azərbaycan Respublikası Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu kimi hallara qarşı diqqətli olmağa, şübhəli hesabların koordinasiyalı fəaliyyətini nəzərə almağa, manipulyativ məzmunu yoxlamadan yaymamağa və süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır.
#MediavəYayımŞurası #açıqlama
Stellungnahme der Medien- und Rundfunkrat der Republik Aserbaidschan
Berichte mehrerer ausländischer Medien, die Aserbaidschan mit den laufenden Ermittlungen gegen August Hanning, den ehemaligen Präsidenten des Bundesnachrichtendienstes (BND), in Verbindung bringen, sind Desinformation und Teil einer intensiven Verleumdungskampagne, die in jüngster Zeit gegen Aserbaidschan geführt wird.
„Es ist äußerst besorgniserregend, dass unbegründete Behauptungen, die Aserbaidschan mit den genannten Ermittlungen in Verbindung bringen, einem breiten Publikum als Tatsachen präsentiert werden. Die Berichte wurden zunächst vom deutschen Nachrichtenmagazin “Der Spiegel“ veröffentlicht und anschließend von “Reuters“, “AFP“, “France 24“, “The Times“, “The Telegraph“ und anderen internationalen Medien aufgegriffen und verbreitet. Die Verbreitung solcher Nachrichten ohne Bezugnahme auf offizielle Quellen stellt eine unzulässige Manipulation von Informationen dar.
Die hinter dieser Desinformationskampagne stehenden Kräfte verfolgen offensichtlich das Ziel, die sich in jüngster Zeit weiterentwickelnden Beziehungen zwischen Aserbaidschan und Deutschland zu beeinträchtigen.
Der Medien- und Rundfunkrat der Republik Aserbaidschan verurteilt solche Desinformationskampagnen entschieden, die darauf abzielen, Aserbaidschan im internationalen Informationsraum ohne Grundlage in ein negatives Licht zu rücken. Der Rat fordert die internationalen Medien auf, sich strikt an die grundlegenden Prinzipien des professionellen Journalismus zu halten – insbesondere an Genauigkeit und Objektivität, die Berufung auf verlässliche Quellen sowie eine sorgfältige Faktenprüfung – und von der Verbreitung falscher Informationen und der Manipulation der öffentlichen Meinung abzusehen“, heißt es in der Stellungnahme.
Statement by the Media and Broadcasting Council of the Republic of Azerbaijan
Reports disseminated by a number of foreign media outlets linking Azerbaijan to the ongoing investigation concerning August Hanning, former head of Germany’s Federal Intelligence Service (BND), are disinformation and are considered part of an intensive smear campaign recently carried out against Azerbaijan.
It is a matter of serious concern that unfounded allegations linking Azerbaijan to the said investigation—initially published by Germany’s Der Spiegel and subsequently circulated by Reuters, AFP, France 24, The Times, The Telegraph, and other international media outlets—are presented to a broad audience as fact. The circulation of such materials without reference to official sources constitutes an unacceptable manipulation of information.
The malicious intent of the forces behind this disinformation operation is to damage Azerbaijan-Germany relations, which have developed further in recent times.
The Media and Broadcasting Council of the Republic of Azerbaijan strongly condemns such disinformation campaigns aimed at groundlessly portraying Azerbaijan in a negative context in the international information space. It calls on international media outlets to strictly adhere to the fundamental principles of professional journalism—including accuracy, objectivity, attribution to reliable sources, and fact-checking—and to refrain from disseminating false information and manipulating public opinion.
#MediaandBroadcastingCouncil #statement
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters”, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır.
#MediavəYayımŞurası #açıqlama
We present to your attention a video highlighting the CICA Media Forum on the theme “Building Trust through Media in a Polarized World.”
Əziz müəllimləri 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!
#MediavəYayımŞurası #müəllimlərgünü
4 Oktyabr - Cəbrayıl Şəhəri Günüdür.
#MediavəYayımŞurası #Cəbrayıl



















