Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə səfirliyimizə nəzakət ziyarəti edən Nigeriya Federativ Respublikasının İran İslam Respublikasına yeni təyin olunmuş səfiri Hamza Mohammed Sallau ilə görüşüb.
🇦🇿🇳🇬
Ambassador of the Republic of Azerbaijan to the Islamic Republic of Iran Ali Alizada met with Hamza Mohammed Sallau, the Ambassador -designate of the Federal Republic of Nigeria to the Islamic Republic of Iran, who paid a courtesy call on the Embassy of Azerbaijan.
18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib
🇦🇿
ما مسیر خود را داریم، آرمان خود را داریم و تمام ملت آذربایجان حول این آرمان متحد شدهاند.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
fhn.gov.az/az/melumatlar/dax…
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
mia.gov.az/az/news/view/2038…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
president.az/az/articles/vie…
President of the Republic of Azerbaijan Ilham Aliyev received Eskandar Momeni, Minister of Interior of the Islamic Republic of Iran, on October 12.
president.az/en/articles/vie…
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.
president.az/az/articles/vie…
3 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.
Nazirlər Azərbaycanla İran münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı, həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
mfa.gov.az/az/news/no37526





















