Only a few days left to apply for the 2027 PhD Studies Opportunity Program in Computer Engineering, Computer Science, and Electrical Engineering, offered by ADA University in collaboration with the George Washington University, USA!
Application deadline: October 26, 2026
Learn more and apply: ada.edu.az/n/764
***
ADA Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində təqdim etdiyi Kompüter mühəndisliyi, Kompüter elmləri və Elektrik mühəndisliyi ixtisasları üzrə 2027-ci il Doktorantura Təhsili Proqramına müraciət üçün son günlər qaldı
Son müraciət tarixi: 26 oktyabr 2026
Ətraflı məlumat və müraciət: ada.edu.az/n/764
#adauniversity #phd #gw #doktorantura #dövlətproqramı
Last week, students at ADA University’s Gazakh Center had a an opportunity to explore current issues in education during a session led by Gunay Mammadova, Head of the International Relations Sector at the Ministry of Science and Education.
Held as part of the Edu Dialogues seminar series of School of Education, the session was titled “From International Educational Assessments to Education Policy: Global Experience and Lessons for Azerbaijan.” Students engaged in lively discussions, with a particular focus on PISA results and their implications for education policy in Azerbaijan.
***
Ötən həftə ADA Universitetinin Qazax Mərkəzinin tələbələri Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Günay Məmmədovanın təqdim etdiyi seminarda təhsil sahəsinin aktual məsələlərini müzakirə etmək imkanı əldə ediblər.
Təhsil fakültəsnin Edu Dialogues seminarlar silsiləsi çərçivəsində keçirilən görüş “Beynəlxalq təhsil qiymətləndirmələrindən təhsil siyasətinə: qlobal təcrübə və Azərbaycan üçün dərslər” mövzusuna həsr olunub. Tələbələrin fəal iştirak etdiyi müzakirələrdə PISA nəticələri və onların Azərbaycanda təhsil siyasəti baxımından əhəmiyyətinə xüsusi diqqət yetirilib.
#adauniversiteti #adaqazaxmərkəzi #schoolofeducation #qazaxmüəllimlərseminariyası
ADA University is seeking qualified professionals to apply for the position of Academic Advisor at the School of Public and International Affairs.
🔗 Apply here: ada.edu.az/en/jobs
***
ADA Universiteti İctimai və beynəlxalq münasibətlər fakültəsində Akademik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
🔗 Müraciət üçün: ada.edu.az/en/jobs
#adauniversity #hiring #vakansiya
Our third-year BA in International Studies student, Ayla Ahmadova, was one of the winners of the essay competition organized as part of the 2026 German American Conference, held at Harvard University. Ayla also delivered a speech at the conference.
Congratulations, Ayla! We wish you continued success!
***
Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr proqramının üçüncü kurs tələbəmiz Ayla Əhmədova Harvard Universitetində keçirilən 2026-cı il Almaniya–Amerika Konfransı çərçivəsində təşkil olunan esse müsabiqəsinin qaliblərindən biri olub. Ayla, həmçinin konfransda çıxış edib.
Aylanı təbrik edir, ona davamlı uğurlar arzulayırıq!
#adauniversity #studentsuccess #tələbəuğuru #spia
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və ADA Universitetinin birgə təşkilatçılığı ilə Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. “Bu gün innovasiya et, sabahın qidasını təmin et” şüarı altında baş tutan tədbirdə dayanıqlı qida sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin olunmasında innovasiyaların rolu vurğulanıb.
Tədbirdə dövlət rəsmiləri, akademik heyət, tərəfdaşlar, səfirlik nümayəndələri, tələbələr və kənd icmalarının nümayəndələri iştirak ediblər.
***
Organized jointly by the Food and Agriculture Organization of the United Nations (FAO) and ADA University, an event dedicated to World Food Day was held under the theme “Innovate Today, Sustain Tomorrow.”
The event brought together government officials, policymakers, academia, development partners, embassies, students, and rural communities to highlight the crucial role of innovation in building sustainable food systems and ensuring food security.
#adauniversity #worldfoodday #foodsecurity #safs
18 Oktyabr — Müstəqilliyin Bərpası Günüdür!
Suverenliyimiz əbədi olsun, üçrəngli bayrağımız hər zaman zirvələrdə dalğalansın!
***
October 18 — Restoration of Independence Day!
May our sovereignty last forever, and may our flag always wave proud and high!
#adauniversiteti #restorationofindependence #18oktyabr
Golden Fall has arrived at ADA University!
Mesmerizing autumn colors create the cozy atmosphere for all the members of our campus.
***
ADA Universitetinə Qızılı payız gəldi!
Gözoxşayan payız rəngləri kampusumuzun bütün üzvləri üçün rahat mühit yaradır.
Video by: @khaligvalizadeh and @t.ora_tahi
#adauniversity #fallvibes #campuslife #payızfəsli
2026–2027-ci tədris ilində ADA Universitetinə ən yüksək nəticələrlə qəbul olunan tələbələrdən 18-i Prezident təqaüdünə layiq görülüb.
Tələbələrimizi bu uğur münasibətilə təbrik edir, onlara yeni nailiyyətlər və unudulmaz təcrübələrlə dolu tələbəlik illəri arzulayırıq!
***
Eighteen students admitted to ADA University with top entrance exam scores for the 2026–2027 academic year have been awarded the Presidential Scholarship.
We congratulate our students on this achievement and wish them continued success and a university journey filled with unforgettable experiences!
#adauniversiteti #prezidenttəqaüdçüsü #scholarship #tələbəhəyatı
ADA University’s School of IT and Engineering, together with 11 international partner institutions, is organizing the 20th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2026).
The conference provides a platform for exchanging knowledge and expertise in ICT, discussing research advances, and strengthening collaboration between academia and industry.
Read more: ada.edu.az/n/769
***
ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi və 11 beynəlxalq tərəfdaş qurumun birgə təşkilatçılığı ilə İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı (AICT2026) keçirilir.
Konfrans İKT sahəsində bilik və təcrübə mübadiləsi, elmi yeniliklərin müzakirəsi, eləcə də akademik dairələrlə sənaye nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi üçün platforma yaradır.
Ətraflı: ada.edu.az/n/769
#adauniversity #aict #ieee #ikt #site
ADA University invites you to an information session on the dual degree master’s programs offered jointly with The George Washington University in the United States.
Join us on October 21 at 11:00 to meet representatives of The George Washington University and learn more about the programs, the admissions process, funding opportunities, and the experience of studying in Washington, D.C.
Register: events.ada.edu.az
***
ADA Universiteti sizi ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə tədris etdiyi ikili diplom magistratura proqramlarına dair məlumat sessiyasına dəvət edir.
Oktyabrın 21-də saat 11:00-da keçiriləcək sessiyada Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşərək proqramlar, qəbul prosesi, maliyyələşmə imkanları və Vaşinqtonda təhsil təcrübəsi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Qeydiyyat: events.ada.edu.az
#adauniversity #admission2026 #graduateprograms #magistratura
The Advanced Foreign Policy Program 2026, jointly organized by ADA University Executive Education and the Azerbaijan International Development Agency (AIDA) under the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan, has concluded.
Held on October 3–12, the program brought together 19 senior and mid-level diplomats from 17 countries across Europe, Latin America, Africa, and Oceania.
Read more: ada.edu.az/n/768
***
ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı”nın builki buraxılışı yekunlaşıb.
Oktyabrın 3–12-də keçirilən proqramda Avropa, Latın Amerikası, Afrika və Okeaniyanın 17 ölkəsini təmsil edən 19 yüksək və orta rütbəli diplomat iştirak edib.
Ətraflı: ada.edu.az/n/768
#adauniversity #ForeignPolicy @AzerbaijanMFA
ADA University Club Fair 2026!
Organized by Student Services, this year’s Club Fair brought together over 50 student-led clubs and organizations!
From sports, arts, and culture to technology, business, leadership, social impact, and academics, students had the chance to explore new interests, connect with like-minded peers and build valuable skills.
***
ADA Universitetinin Klublar Sərgisi 2026!
Tələbə Xidmətlərinin təşkilatçılığı ilə baş tutan builki Klublar Sərgisi 50-dən çox tələbə klubunu və təşkilatını bir araya gətirdi.
İdmandan incəsənətə, mədəniyyətdən texnologiyaya, biznes, liderlik, sosial təsir və akademik sahələrə qədər—tələbələr yeni maraq sahələrini kəşf etmək, öz yaşıdları ilə əlaqə qurmaq və dəyərli bacarıqlar qazanmaq fürsəti əldə etdilər.
#adauniversity #adaclubfair2026 #studentlife #TələbəHəyatı
A ceremony to exchange documents signed between the Republic of Azerbaijan and the Kingdom of Cambodia took place on October 12 in the presence of President Ilham Aliyev and Prime Minister Hun Manet.
Rector of ADA University Hafiz Pashayev and President of Cambodia’s National Institute of Diplomacy and International Relations Fann Makara exchanged the “Memorandum of Understanding on Cooperation between ADA University under the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan and the National Institute of Diplomacy and International Relations of the Ministry of Foreign Affairs and International Cooperation of the Kingdom of Cambodia”.
***
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər.
#adauniversity #MemorandumOfUnderstanding
Faculty members and students from ADA University’s School of IT and Engineering showcased a low-cost, AI-enabled mine detection robot at the 6th Azerbaijan International Defence Exhibition, ADEX 2026.
The project grew from their belief that advanced technology can offer affordable solutions to national challenges, including mine contamination.
***
ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllim və tələbələri “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində süni intellektlə işləyən, az xərc tələb edən mina aşkarlama robotunu təqdim ediblər.
Layihə müəllim və tələbələrimizin qabaqcıl texnologiyalar vasitəsilə ölkənin üzləşdiyi problemlərə, o cümlədən mina təhlükəsinə daha əlçatan həllər təklif etmək istəyindən yaranıb.
#adauniversity #adex #adastudents #site
ADA University’s School of Public and International Affairs (SPIA) hosted a public lecture by H.E. Deemah AlYahya, Secretary-General of the Digital Cooperation Organization (DCO).
Titled “Tech Diplomacy in a Fragmented World: Building Bridges for Shared Digital Prosperity,” the interactive session explored the growing role of tech diplomacy and what it takes to build a more connected digital future.
***
Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Zati-aliləri Dimah AlYahya açıq mühazirə ilə ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri qarşısında çıxış edib.
“Bölünmüş dünyada texnologiya diplomatiyası: Birgə rəqəmsal rifah üçün körpülərin qurulması” adlı interaktiv sessiyada texnologiya diplomatiyasının artan rolu və daha sıx əlaqəli rəqəmsal gələcəyin qurulması üçün zəruri addımlar müzakirə olunub.
#adauniversity #spia #techdiplomacy @Dalyahya
Build a global career with the dual degree Master’s programs offered jointly by ADA University and The George Washington University through State Program funding.
Gain international academic experience in Washington, D.C., and broaden your perspective to support your future career.
For any questions: [email protected]
***
ADA Universiteti və Corc Vaşinqton Universitetinin birgə təqdim etdiyi ikili diplom magistratura proqramları Dövlət Proqramı vasitəsilə təhsil almaq imkanı yaradır.
Bu proqramlar sizə Vaşinqton şəhərində beynəlxalq akademik təcrübə qazandıraraq qlobal perspektivli karyeraya hazırlayır.
Suallarınızı: [email protected] ünvanına yaza bilərsiniz
#adauniversity #gw #mastersdegree #magistratura
ADA Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə ali təhsildə keyfiyyətin təminatı üzrə üçüncü illik simpozium keçirilib.
“Ali təhsilin inkişafı: Keyfiyyətin təminatı, proqramın hazırlanması və innovasiya” mövzusuna həsr olunan iki günlük tədbir ölkənin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrini, yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Ətraflı: ada.edu.az/n/766
***
ADA University and the Education Quality Assurance Agency (TKTA) jointly organized the Third Annual Symposium on Quality Assurance in Higher Education.
The two-day event, themed “Advancing Higher Education: Quality Assurance, Program Development, and Innovation,” brought together representatives of higher education institutions across Azerbaijan, alongside local and international experts.
Read more: ada.edu.az/n/766
#adauniversity #tkta #təhsildəkeyfiyyət #educationsymposium
ADA University invites you to a SITE Talk by Erol Gelenbe, Professor at the Polish Academy of Sciences and Visiting Professor at King’s College London, on October 12 at 14:30.
Titled “The Random Neural Network (RNN), its Generalization to G-Networks, and Some Applications,” the talk will explore the network’s foundations and its applications in image processing, routing, and cyberattack detection.
Register here: ada.edu.az/siteseminars
***
ADA Universiteti sizi oktyabrın 12-də saat 14:30-da Polşa Elmlər Akademiyasının professoru və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbenin SITE seminarına dəvət edir.
“Təsadüfi neyron şəbəkəsi (RNN), onun G-şəbəkələrinə ümumiləşdirilməsi və bəzi tətbiqləri” adlı seminarda şəbəkənin əsasları və təsvirlərin emalı, marşrutlaşdırma və kiberhücumların aşkarlanmasında tətbiqləri müzakirə olunacaq.
Qeydiyyat üçün keçid: ada.edu.az/siteseminars
ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyasında “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının 5 illik yubileyinə və Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində ADA Universitetinin Qazax İncəsənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı sərgisinin açılışı da keçirilib.
Tədbirdə universitet rəhbərliyi, proqramın məzunları, 2026–2027-ci tədris ili üçün proqrama yeni qəbul olunmuş müəllimlər, sərginin müəllifi və şairin nəticəsi Vurğun Vəkilov iştirak ediblər.
***
ADA University Gazakh Center/Gazakh Teachers’ Seminary hosted an event marking the fifth anniversary of the “A Manifesto of One Teacher and Educator” professional development program and Teachers’ Day.
The event also featured the opening of an exhibition by People’s Artist Arif Huseynov at ADA University’s Gazakh Arts Center, dedicated to the 120th anniversary of People’s Poet Samad Vurgun.
The event brought together university leadership, program alumni, and regional teachers newly admitted for the 2026–2027 academic year, the artist and the poet’s great-grandson, Vurgun Vakilov.
#adauniversiteti #bmm #adaqazaxmərkəzi #adagazakhcenter
The Office of Marketing and Communications invites students to submit photos and short videos showcasing the beauty of our campus in autumn.
Selected submissions will be featured on ADA University’s official social media pages, with full credit to their creators.
Capture the autumn colors of our campus and share your perspective with the ADA community!
Send your high-quality photos and videos to [email protected] by October 30.
***
Marketinq və kommunikasiya şöbəsi tələbələri kampusumuzun payız gözəlliyini əks etdirən foto və qısa videolar təqdim etməyə dəvət edir.
Seçilmiş foto və videolar müəllifləri qeyd olunmaqla ADA Universitetinin rəsmi sosial media səhifələrində paylaşılacaq.
Kampusumuzun payız rənglərini lentə alaraq öz baxışınızı bizimilə bölüşün!
Yüksək keyfiyyətli foto və videolarınızı oktyabrın 30-dək [email protected] ünvanına göndərin.
#adauniversity #fallvibes #campuslife #payız #tələbəhəyatı


















































